2017-09-10 13:07

Faciəvi qəza nəticəsində həyatını itirən azərbaycanlı idmançı dəfn edilib

Əliyev Xəzər İntiqam oğlunun nəşi Azərbaycana gətirilib.

Livanda faciəvi qəza nəticəsində həyatını itirmiş idmançımız Əliyev Xəzər İntiqam oğlunun nəşi Azərbaycana gətirilib.

LiderXeber.com yerli mətbuata istinadən xəbər verir ki, idmançımız ötən gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, dostları, idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xatırladaq ki, X.Əliyev avqustun 25-də Livanın Beyrut şəhərində avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onun nəşinin ölkəyə gətirilməsində problem yaranıb. İdmançımızın nəşinin ölkəyə gətirilməsində külli miqdarda vəsait tələb edilib. Yaranan problem millət vəkilləri Adil Əliyev və Qənirə Paşayeva, həmçinin Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə aradan qaldırılıb.
SON XƏBƏRLƏR


Yuxarı