2017-09-10 13:00

Azərbaycanda 3 bal gücündə zəlzələ baş verib, tələfat və dağıntı yoxdur

Azərbaycanda zəlzələ qeydə alınıb.

Lerikdə zəlzələ qeydə alınıb. 

FHN-dən LiderXeber.com-a daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 sentyabr 2017-ci il tarixində Bakı vaxtı ilə saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində 3.6 maqnituda, 16 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.
SON XƏBƏRLƏR


Yuxarı