2017-09-09 12:27

Qədr-Xum bayramı gününün müstəhəb əməlləri

Qədr-Xum bayramı gününün müstəhəb əməlləri

İmam Sadiqdən (ə) soruşdular: Qurban və Fitr bayramları kimi islamda digər bunlara bərabər bayram varmı? İmam (ə) buyurdu: 

Bəli var, həm də bunların hamısından daha önəmli olan bir bayram. Bu Allah Rəsulunun (s) Əmirəl möminin Əli (ə) ın əlini qaldlrlb- Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır - dediyi gün, zilhiccənin 18-i dir.

Ravi soruşur bu günün öz əməlləri varmı?

İmam (ə): Bəli, bu gün oruc tutun, ibadətlər edin və Muhəmməd və Ali Muhəmmədi (s) yad edin və onlara (ə) salavat göndərin.

Dua kitablarında Qərd-Xum gününün bəzi əməlləri qeyd edilib və bu əməllər tövsiyyə olunur:

1-Oruc tutmaq

2-Qüsul vermək

3-Ətirlənib, təzə və ya təmiz paltar geyinə, bayram əhvalında ola

4-Mömünlərlə görüşüb, salamlaşa

5-Həzrəti Əli ziyarətnaməsi oxumaq

6-Sübh namazı kimi iki rəkətli namaz qılmaq və salamdan sonra səcdəyə gedib 100 dəfə şükür zikri deyə və dua oxuya

7-Zöhr namazına yarım saat qalmış iki rəkət namaz qıla. Naməzin hər rəkətində Həmdən sonra 10 dəfə İxlas, 10 dəfə Ayətəl kürsi, 10 dəfə Qədr surəsin oxuya. 

8-Nüdbə duasın oxumaq

9-Bu zikri 100 dəfə deyə- اَلْحَمْدُلِلّهِ الّذى جَعَلَ كَمالَ دینِهِ وَ تَمامَ نِعْمَتِهِ بِوِلایَةِ اَمیرِ الْمُؤ مِنینَ عَلىِّ بْنِ اَبى طالِبٍ عَلَیْهِ السَّلامُ 
Əlhəmdu Lillahil ləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bivilayəti əmirəl mumininə Əli ibn Əbi Talib (ə)
Həmd olsun Allaha ki, öz dininin kəmalını və nemətinin tamamını Əli ibn Əbi Talibin (ə) vilayətində qərar verib.

10-Möminlər bir birləri ilə qardaşlıq əhdləri bağlayıb, qardaş olsunlar.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı