2017-09-09 11:57

Azərbaycanın göndərdiyi yardım Myanma müsəlmanlarına çatdırılıb

Azərbaycandan Banqladeşdə məskunlaşan Rohingya müsəlmanlarına göndərilən yardım ünvana çatdırılıb.

Azərbaycandan Banqladeşdə məskunlaşan Rohingya müsəlmanlarına göndərilən yardım ünvana çatdırılıb. 

LiderXeber.com xəbər verir ki, bunu AzVision.az-a "Azərbaycan Hava Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov isə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına birdəfəlik 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib. Humanitar yardım Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı