2017-09-09 10:37

Günəşdəki partlayışlar havada radiasiya yaradır?

Sentyabrın 7-də Günəşdə daha bir böyük partlayış baş verib.

Sentyabrın 7-də Günəşdə daha bir böyük partlayış baş verib. "GOES-15" peykinin ötürdüyü məlumatlara əsasən, budəfəki partlayış Х aktivliyində qeyd olunub.

Qeyd edək ki, sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü partlayışı baş vermişdi.

Alimlərin fikrincə, baş vermiş hadisə Günəş nüvəsində baş verən dəyişikliklərin qanunauyğun nəticəsidir.

Günəşdə baş verən partlayışların havada radiasiya fonuna necə təsir etməsi cəmiyyətdə narahatlıq yaradıb. Bəziləri partlayışın havada radiasiya fonuna güclü təsir etdiyini düşünür.

LiderXeber.com xəbər verir ki, Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Trend-in bu məsələ ilə bağlı sualına cavab olaraq bildirib ki, Günəşdəki partlayışın radiasiyaya aidiyyəti yoxdur:

"Günəş partlayışı radiasiya yaratmır. Günəşdə periodik olaraq partlayışlar yaranır. Bu partlayışlar isə havada maqnit burulğanı yaradır. Maqnit burulğanı isə insanlarda diskomfort yaradır. Partlayış nəticəsində havada atomların, ionların sayı çoxalır. Bu prosesin radiasiya fonu ilə heç bir əlaqəsi yoxdur. Günəşdəki partlayışlar radiasiya yaratmır. Maqnit burulğanı başqadır, radiasiya tam başqa. Günəşdə olan partlayışlar havada olan maqnit sahəsinin gücünü artırır və bu da burulğanla nəticələnir. Bu burulğan isə meteohəssas insanlarda narahatlıq yaradır". Qeyd edək ki, Günəşdə daha bir partlayış baş verib və bu, son həftə ərzində altıncı partlayışdır.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı