2017-09-09 10:04

“Qarabağ” – “Roma” matçına ilk iki gündə satılan biletlərin sayı açıqlandı

“Qarabağ” – “Roma” matçına 12500 bilet satılıb

"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma” ilə matçın bilet satışı davam edir. 

LiderXeber.com-a verilən məlumata görə, ötən günə olan son nəticələrə əsasən, 12500 bilet satılıb.

Satışın ilk günündə bu rəqəm 3000-ə bərabər idi.

Qeyd edək ki, "Qarabağ” - "Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı