2017-09-08 15:16

Myanma müsəlmanlarına yardım göndərilir - Prezident göstəriş verdi

Prezident göstəriş verdi

Myanmada Rohinya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım göstəriləcək.

FHN-dən LiderXeber.com-a verilən məlumata görə, humanitar yardım "SilkVey” aviaşirkəti vasitəsilə Rohinya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı