2017-09-08 10:21

Tovuzdakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

Səhiyyə Nazirliyi Tovuzda baş verən kütləvi zəhərlənməyə aydınlıq gətirib.

Səhiyyə Nazirliyi Tovuzda baş verən kütləvi zəhərlənməyə aydınlıq gətirib.

LiderXeber.com xəbər verir ki, nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, hadisə ilə bağlı onlara məlumat verilib, fakt araşdırılır.

"Bütün qida məhsullarından nümunələr götürülüb və yoxlanılır. Hadisə nəticəsində 39 nəfər xəstəxanaya müraciət edib və onlardan 8-i uşaqdır. Lazımi tibbi yardımdan sonra onların hamısı evə buraxılıb. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub".

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı