2017-09-07 10:08

Bakıda kişinin qulağını kəsiblər

Faktla bağlı araşdırma aparılır.

Bakıda orta yaşlı kişinin qulağı kəsilib.

LiderXeber.com Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslərlə mübahisə zamanı 1967-ci il təvəllüdlü Cələbov Cələb Fətulla oğlunun qulağı kəsilib. Daha sonra isə bədəninə bıçaq zərbəsi vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polos İdarəsində araşdırma aparılır.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı