2017-09-06 10:11

DÇ-2018: Türkiyədən vacib qələbə - VİDEO

Futbol üzrə Türkiyə yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Xorvatiya komandasını minimal hesabla məğlub edib.

Futbol üzrə Türkiyə yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Xorvatiya komandasını minimal hesabla məğlub edib.

LiderXeber.com-un məlumatına görə, "Əskişəhər” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 75-ci dəqiqədə Cenk Tosun vurub.

I qrupunun digər oyununda İslandiya Ukraynanı (2:0), Finlandiya isə Kosovonu (0:1) məğlub edib.

Bu qələbədən sonra xallarını sayını 14-ə çatdıran Türkiyə qrupda Ukrayna ilə üçüncü və dördüncü yerləri bölüşdürür.

Mirko Luçekonun yetirmələri Xorvatiya və İslandiya yığmalarından 2 xal geri qalırlar.

D qrupunda Avstriya yığması gözlənilmədən doğma meydanda Gürcüstanla bərabərliyə qalıb - 1:1. Serbiya və Uels isə səfərdə müvafiq olaraq İrlandiya və Moldova komandalarını məğlub ediblər.

Gecənin ən böyük hesabı isə Lüksemburqda qeydə alınıb. Meydan sahibləri İspaniya yığmasına 0:8 hesabı ilə uduzublar. G qrupunun digər oyunlarında Makedoniya və Albaniya bərabərliyə qalıblar (1:1), İtaliya isə İsraildən üstün olub (1:0).



Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı