2017-08-25 14:08

Bülənt Qorxmaz: “Qarabağ” sıradan bir komanda deyil, daşıdığı ad çox şeydən xəbər verir”

“Qarabağ”ı təbrik edirəm"

"Qalatasaray”ın sabiq kapitanı və baş məşqçisi, vaxtı ilə ölkəmizdə "Bakı” klubunda çalışmış Bülənt Qorxmaz Azərbaycan futbolu tarixində ilkə imza atmaqla Çempionlar Liqasının qrup mərhələsinə adlayan "Qarabağ”ı təbrik edib.

LiderXeber.com-un məlumatına görə, o, Futbolxeber.az saytına açıqlamasında "Qarabağ”ın uğurunun türk dünyasının sevinci olduğunu deyib:

"Qarabağ”ın qazandığı tarixə nəticə məni çox sevindirdi. Komanda artıq bir neçə il idi ki, bu məqsədə doğru gedirdi. Nəhayət, bu mövsüm Qurban Qurbanovun komandası istəyinə çatdı.

"Qarabağ”ın çıxışını hələ Azərbaycanda çalışdığım dönəmdən yaxından izləyirəm. Qurban Qurbanovun yaratdığı komanda öz dəsti xətti ilə seçilir. Artıq bir neçə ildir ki, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edirlər. Bu mövsüm nəhayət Çempionlar Liqasında qrup mərhələsinə adladılar. "Qarabağ”ın uğuru türk dünyasının sevincidir. "Qarabağ” sıradan bir komanda deyil. Daşıdığı ad çox şeydən xəbər verir”.

Rafiq Əliyev

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı