2017-08-04 14:11

Rusiya və İran gəmiləri Bakıda hədəfləri məhv etdi - VİDEO

Dəniz kuboku - 2017 müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.

Dəniz kuboku - 2017 müsabiqəsi çərçivəsində "Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.

LiderXeberaz xəbər verir ki, yarışlarda iştirak edən Rusiyanın "Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın "Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetiriblər.

Azərbaycanın "G-124” gözətçi və Qazaxıstanın "Sarıarka” raket artilleriya gəmiləri isə gəmi heyətlərindən asılı olmayan səbəblərdən hədəflərdə yaranan texniki nasazlığa görə tapşırıqları növbəti gün icra edəcəklər.

Bu gün isə gəmi heyətləri müsabiqənin "Üzən minaya artilleriya atışı” epizoduna qatılaraq minaları təqlid edən hədəflərin məhv edilməsində yarışacaqlar.



Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı