2017-08-01 17:25

Bu gündən etibarən avtomobillərini texniki baxişdan keçirməyən sürücülər cərimə olunacaq

Bunu LiderXeber.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Bu günədək avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri yol polisi tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bunu LiderXeber.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti iyul ayının 31-də başa çatıb. Bu səbəbdən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən avtomobil sahibləri avqustun 1-dən inzibati məsuliyyətə cəlb olunacaqlar.

V.Əsədov bildirib ki, fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq ediləcək.

Qeyd edək ki, mövcud qaydalara görə, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə, ondan sonrakı müddətdə isə hər il texniki baxışdan keçirilməlidir.

Yük avtomobilləri və avtobuslar isə 1 avqust - 31 oktyabr tarixləri aralığında texniki baxışdan keçirilməlidirlər.

Bəxtiyar Əhmədov

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı